logo

Ermənilərin bütün bəlalarının təqsirı Rusiyada deyil - Mariya Zaxarova

12:52 08-09-2023 | icon 1645
Ermənilərin bütün bəlalarının təqsirı Rusiyada deyil - Mariya Zaxarova

Ermənistanda Rusiyaya qarşı təxribat xarakterli materiallar yayan media strukturlarının sayı artır.

YeniAvropa xəbər verir ki, bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan mediaforumunun iştirakçılarına ünvanladığı vidomüraciətdə söyləyib.

Onun sözlərinə görə, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına qarayaxma halları da artıb. M.Zaxarova Ermənistan mətbuatında Rusiya və bütövlükdə ikitərəfli münasibətlərə dair qərəzli informasiyaların sayının artdığını da vurğulayıb.

“Rusiyanı erməni xalqının bütün bəlalarında təqsirləndirməklə insanlarımız arasında düşmənçilik və nifrət yaratmaq cəhdlərini yolverilməz hesab edirik”,-deyə o, vurğulayıb.