logo

Xaçmazda yük və minik avtomobilləri toqquşub, ölən var

12:12 08-09-2023 | icon 1491
Xaçmazda yük və minik avtomobilləri toqquşub, ölən var

Sentyabrın 8-də Xaçmazda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

YeniAvropa xəbər verir ki, gecə saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində "VAZ-2107" və "KamAz" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü Ədilov Azər Yadulla oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.