logo

"EURO-2024" seçmə mərhələsi: Türkiyə Ermənistana qarşı

11:11 08-09-2023 | icon 2520
"EURO-2024" seçmə mərhələsi: Türkiyə Ermənistana qarşı

Bu gün  gələn il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının(EURO-2024) seçmə mərhələsində V turun daha yeddi oyunu keçiriləcək.

YeniAvropa xəbər verir ki, gecənin ilk matçı A qrupunda Gürcüstan və İspaniya milli komandaları arasında baş tutacaq. Bu qrupun digər görüşündə Şotlandiya yığması səfərdə Kiprin qonağı olacaq.

D qrupunda Türkiyə millisi doğma meydanda Ermənistanı, Xorvatiya isə Latviyanı sınağa çəkəcək.

J qrupunda isə üç qarşılaşma keçiriləcək. Lider Portuqaliya səfərdə Slovakiya ilə üz-üzə gələcək. Bosniya və Herseqovina Lixtenşteyni, Lüksemburq isə İslandiyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

V tur

8 sentyabr

A qrupu

20:00. Gürcüstan – İspaniya

22:45. Kipr – Şotlandiya

Xal durumu: Şotlandiya - 12 (4 oyun), Gürcüstan – 4 (3), Norveç – 4 (4), İspaniya – 3 (2), Kipr – 0 (3)

D qrupu

22:45. Türkiyə - Ermənistan

22:45. Xorvatiya – Latviya

Xal durumu: Türkiyə - 9 (4 oyun), Ermənistan – 6 (3), Xorvatiya – 4 (2), Uels – 4 (4), Latviya – 0 (3)

J qrupu

22:45. Slovakiya – Portuqaliya

22:45. Bosniya və Herseqovina – Lixtenşteyn

22:45. Lüksemburq – İslandiya

Xal durumu: Portuqaliya - 12 (4 oyun), Slovakiya – 10 (4), Lüksemburq – 7 (4), Bosniya və Herseqovina – 3 (4), İslandiya – 3 (4), Lixtenşteyn – 0 (4)