logo

Azərbaycan-İsrail əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib-Hikmət Hacıyev

17:07 07-09-2023 | icon 1260
Azərbaycan-İsrail əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib-Hikmət Hacıyev

“Azərbaycanla İsrail arasında əməkdaşlıq üçüncü dövlətə qarşı deyil, iki ölkənin xeyrinədir”.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibəsində deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan müstəqil xarici siyasət yürüdür və dostlarını özü seçir: "Bu, hər iki tərəfin xeyrinə olan ikitərəfli əməkdaşlığa da aiddir. İlk növbədə, bu, iki ölkənin, xalqın mənafeyi naminə əməkdaşlıqdır və bunun tarixi əsası var. Yəhudi və Azərbaycan xalqları arasında əməkdaşlıq və dostluq bizim genimizdə var”.

"Azərbaycanda yaşayan yəhudilər bizim bacı-qardaşlarımızdır. Fəxr edirik ki, yəhudi icması Azərbaycan cəmiyyətinin inklüziv və ayrılmaz hissəsidir. Biz həm də qürur duyuruq ki, Azərbaycan tarixində antisemitizm halı olmayıb”, - o bildirib.

H.Hacıyev vurğulayıb ki, yəhudi icmasının təkcə bu gün deyil, keçmişdə də Azərbaycan mədəniyyətinin və dövlətçiliyinin çiçəklənməsinə verdiyi töhfələri yüksək qiymətləndirir.

Prezidentin köməkçisi qeyd edib ki, ölkənin böyük yəhudi icması Azərbaycanla İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrinin, vətəndaşlarımız arasında təmaslar vasitəsilə bu əlaqələrin daha da dərinləşməsində əsas məqamdır.