logo

Sinoptiklərdən Bakıda güclü külək və leysan xəbərdarlığı

16:16 07-09-2023 | icon 2254
Sinoptiklərdən Bakıda güclü külək və leysan xəbərdarlığı

Sentyabrın 9-dan 10-u səhərədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Sentyabrın 10-da şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, səhər və gündüz bəzi yerlərdə arabir 30-34 metrədək güclənəcəyi ehtimal edilir.

YeniAvropa xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı proqnozlaşdırılır. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi-Zəngəzur zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi bildirilir.

Şimal-şərq küləyi əsəcək, sürəti arabir 15-20, bəzi yerlərdə arabir 23-28 metr/saniyə olacaq. Sentyabrın 10-da ayrı-ayrı yerlərdə küləyin arabir saniyədə 30-33 metrədək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi