logo

Prezident Flora Xəlilovanı "Şöhrət” ordeni ilə təltif edib

12:12 07-09-2023 | icon 1491
Prezident Flora Xəlilovanı "Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev sentyabrın 7-də Flora Xəlilovanın ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Fətula qızı Xəlilova “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Flora Xəlilzadə 23 avqust 1955-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır.