logo

Kəlbəcərdə erməni separatçılarının növbəti təxribatının qarşısı alınıb

10:10 07-09-2023 | icon 1505
Kəlbəcərdə erməni separatçılarının növbəti təxribatının qarşısı alınıb

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.