logo

Müdafiə Nazirliyi Ermənistan tərəfinin açıqlamasını təkzib edib

09:09 07-09-2023 | icon 1176
Müdafiə Nazirliyi Ermənistan tərəfinin açıqlamasını təkzib edib

Sentyabrın 7-si saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.