logo

Makron İrəvan və Bakıya gəlir- Erməni KİV

15:15 06-09-2023 | icon 2205
Makron İrəvan və Bakıya gəlir- Erməni KİV

Ermənistanın “Alpha News” nəşri mənbəyə istinadla xəbər verib ki, Fransa prezidenti Emmanuel Makron çox güman ki, bu həftəsonu Ermənistana səfər edəcək və Qarabağla bağlı yeni bəyanat verəcək. Səfər sentyabrın 9-10-na planlaşdırılıb.

YeniAvropa xəbər verir ki, həmçinin məlumatda Makronun İrəvandan sonra Bakıya səfər edəcəyi bildirilir.

Fransa rəsmi dairələrindən səfərlə bağlı hər hansı bir açıqlanma verilməyib.