logo

Şahruddin Məhəmmədəliyev “Qarabağ”ı “Adana Demirspor”a dəyişir

13:53 06-09-2023 | icon 2289
Şahruddin Məhəmmədəliyev “Qarabağ”ı “Adana Demirspor”a dəyişir

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.

YeniAvropa “TRT Spor” telekanalına istinadən xəbər verir ki, 29 yaşlı qolkiper Superliqada çıxış edən “Adana Demirspor” klubu ilə anlaşıb.

Təcrübəli oyunçu tezliklə Adana təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.