logo

Rəşad Nəbiyev Dünya Bankının ölkə üzrə meneceri ilə görüşüb

10:10 06-09-2023 | icon 1652
Rəşad Nəbiyev Dünya Bankının ölkə üzrə meneceri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüş keçirib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüş zamanı ölkəmizdə İKT və nəqliyyat sektorlarının inkişafı, eləcə də bu sahələrdə Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüşdə hazırda ölkəmizdə telekommunikasiya sektorunun normativ-hüquqi bazasının təkmilləşdirilməsi və rəqəmsal transformasiya sahələrində Dünya Bankı tərəfindən icrada olan layihələrlə bağlı müzakirələr aparılıb, əldə olunacaq nəticələrin müsbət töhfələri vurğulanıb.