logo

Macarıstan-Azərbaycan əməkdaşlığı iqtisadi marağa söykənmir-XİN

16:16 05-09-2023 | icon 1225
Macarıstan-Azərbaycan əməkdaşlığı iqtisadi marağa söykənmir-XİN

Baxmayaraq ki, Azərbaycandan Macarıstana təbii qaz axını bu il başlayıb, bizim Azərbaycanla dostluğumuz heç bir şəkildə iqtisadi fəaliyyətdən asılı deyil.

YeniAvropa xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto özünün "Facebook" səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşün yekunlarına dair paylaşdığı statusda yazıb.

“2010-cu ildə Azərbaycanla necə əlaqələr qurmağa başladığımız yadımdadır. Biz o zaman necə tənqidlərlə üzləşməli olduq. Bu gün isə Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar”, - deyə P.Siyarto yazıb.

Macarıstanlı nazirin sözlərinə görə, 2010-cu ildən Azərbaycan və Macarıstan dost münasibətlərini saxlayır.