logo

Rusiya Qarabağda təhlükəsizliyin qarantı rolunu davam etdirəcək-Kreml

15:55 05-09-2023 | icon 2457
Rusiya Qarabağda təhlükəsizliyin qarantı rolunu davam etdirəcək-Kreml

Rusiya Cənubi Qafqazda vəziyyətin sabitləşməsi və münaqişəyə son qoyulması üzrə ardıcıl, çox mühüm rol oynamaqda davam edir.

YeniAvropa xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin nümayəndəsi qeyd edib ki, Moskva Rusiyanı Cənubi Qafqaz regionundan uzaqlaşmaqda ittiham edən Ermənistanın baş naziri Nikol Paşinyanın fikirləri ilə razı deyil. Əksinə, RF regionu tərk etmək istəmir və bunu edə bilməz.

Kremlin nümayəndəsi əmin olduğunu bildirib ki, Rusiya Cənubi Qafqaz regionunda, xüsusən Qarabağda təhlükəsizliyin və sabitliyin qarantı rolunu oynamaqda davam edəcək. O, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli razılaşmaların əhəmiyyətini vurğulayıb.