logo

Şeyxülislam Hindistana "G20" Dinlərarası Forumuna yola düşüb

14:31 04-09-2023 | icon 3262
Şeyxülislam Hindistana "G20" Dinlərarası Forumuna yola düşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forumda iştirak etmək üçün sentyabrın 4-də Hindistana səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, sentyabrın 5-7-də Puna şəhərində baş tutacaq Forumun mövzusu “Dinlərarası harmoniya vasitəsilə dünyada sülhün bərqərar olunması və davamlı inkişaf”dır.

Qeyd olunub ki, G20 sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum bir neçə ildir davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. G20 Dinlərarası Forumun Bolonya və Balidə keçirilən tədbirlərinin iştirakçısı olmuş şeyxülislam A.Paşazadə Hindistandakı növbəti tədbirə Forumun prezidenti Kol Dürham tərəfindən dəvət edilib.

Forumun açılışında çıxış edəcək QMİ sədrinin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.

Azərbaycanı G20 Dinlərarası Forumda, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edəcək.