Azərbaycan çinli investorlar üçün cəlbedici ölkədir-Nazir
Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi(CIFTIS) çərçivəsində “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi” konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin innovasiyayönümlü investisiya imkanlarının Azərbaycan üçün önəmini qeyd edib. Bildirib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi xarici investorlar üçün əlverişli mühiti təmin edib. Şərqlə Qərbin kəsişməsində strateji mövqedə yerləşən Azərbaycan çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malikdir. Xidmətlər sektorunun önəmini vurğulayan iqtisadiyyat naziri ölkəmizin nəqliyyat, enerji və digər sahələrdə xidmətlər vasitəsilə regional tərəfdaşlığın gücləndirilməsinə böyük stimul verdiyini diqqətə çatdırıb. Bu baxımdan, Azərbaycanda həyata keçirilən layihələr, Ələt Azad İqtisadi Zonasının imkanları xüsusi əhəmiyyətə malikdir.
Nazir işğaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası prosesində innovasiyaların və ağıllı texnologiyaların tətbiqinə əsaslanan birgə layihələrin icrası imkanlarını qeyd edib.
Tədbirdə Çinin kommersiya naziri Van Ventao ölkəsinin investisiya imkanları, xidmət sənayesi, həmçinin bu sahələrdə əməkdaşlıq potensialı barədə məlumat verib.
Konfransda Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin dövlət naziri Dominik Conson, Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktorunun müavini Doroti Tembo və digər rəsmi qonaqlar çıxış ediblər. Tədbir sessiyalarla davam edib, müzakirələr aparılıb.
Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya naziri Van Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı perspektivlərini nəzərdən keçiriblər.
Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti CIFTIS sərgisində “Invest in Azerbaijan” vahid ölkə stendi ilə tanış olub. Azərbaycan Pekində keçirilən sərgidə vahid ölkə stendi ilə beşinci dəfə iştirak edir.
İKT, maliyyə, mədəniyyət və turizm, təhsil, idman, təchizat zənciri və biznes, layihə məsləhətçiliyi və tikinti, səhiyyə və ətraf mühit xidmətləri mövzu bölmələrindən ibarət olan budəfəki sərgidə yer alan “Invest in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın investisiya potensialı ilə yanaşı, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları da nümayiş etdirilir. Stenddə sərgi iştirakçılarına İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ələt Azad İqtisadi Zonası, Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti, biznesə göstərilən dəstək və xidmətlər, xarici investorlarla potensial əməkdaşlığa dair geniş məlumatlar təqdim olunur.
Latviya və Polşa Rusiya milliləri ilə oyunları boykot edib
Sahibə Qafarova İrlandiyaya səfərə gedib
İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul edib
Fransa prezidentinin bəyanatı təhrikçilikdir-Mariya Zaxarova
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
8 ayda Azərbaycana gələn 1,3 milyon turistin 1/3-i Rusiyadan olub
Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir
Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Bakıda Çin şirkətlərinin məhsullarının sərgi təşkil ediləcək
Xankəndiyə növbəti dəfə yanacaq göndərilib
Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək
Ruben Vardanyan Laçın postunda saxlanılaraq Bakıya gətirilib
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
AFFA Qurban Qurbanovu cəzalandırıb
XİN BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sabah Bakıda 27° isti olacaq
ABŞ səfirliyi Azərbaycana başsağlığı verib
FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndiyə yola düşüb
AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb
Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsida 1 dəqiqəlik sükutla yad edilib
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb
Antiterror tədbirləri zamanı DİN-in 12 əməkdaşı şəhid olub
Antiterror əməliyyatında şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən edilməyib
Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların - SİYAHISI