logo

Ordumuzun mövqeləri atəşə tutulub

15:55 02-09-2023 | icon 1589
Ordumuzun mövqeləri atəşə tutulub

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.