logo

Ermənistan silahlı qüvvələri Ordumuzun mövqelərini minaatanlardan atəşə tutub

12:12 02-09-2023 | icon 3717
Ermənistan silahlı qüvvələri Ordumuzun mövqelərini minaatanlardan atəşə tutub

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.