logo

Rusiya xarici bazarlara gündəlik neft ixracını 300 min barel azaltdı

09:29 01-09-2023 | icon 2744
Rusiya xarici bazarlara gündəlik neft ixracını 300 min barel azaltdı

Rusiya "OPEC+" çərçivəsində xarici bazarlara neft tədarükünü sentyabr ayında gündəlik 300 min barel azaltmaq üzrə könüllü öhdəliklərini yerinə yetirməyə başlayıb.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, hələ mart ayında Rusiya neft hasilatını könüllü olaraq fevral ayı ilə müqayisədə gündəlik 500 min barel azaltmağa başlamışdı. Bu azaldılmanın qüvvədə olma müddəti bir neçə dəfə - əvvəlcə iyun ayına qədər, sonra isə 2023-cü ilin sonuna qədər uzadılıb. İyunun 4-də Vyanada baş tutan "OPEC+" görüşündən sonra isə hasilatın könüllü azaldılması qərarı 2024-cü ilin sonuna qədər uzadılıb.

Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın "OPEC+" ölkələri ilə Rusiya neftinin xarici bazarlara tədarükünün azaldılması üçün yeni parametrlər barədə razılığa gəldiyini, onların gələn həftə açıqlanacağını bildirib.