logo

Şəmkirdə ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

23:13 31-08-2023 | icon 5726
Şəmkirdə ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

YeniAvropa xəbər verir ki, qəza nəticəsində Tovuz rayon sakinləri 1980-ci il təvəllüdlü D.Nəbiyeva və onun övladı, 2002-ci il təvəllüdlü E.Nəbiyev hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alan dörd nəfər - sürücü, 1996-cı il təvəllüdlü R.Namazov, sərnişinlər, 1991-ci il təvəllüdlü B.Məmmədova, 1986-cı il təvəllüdlü A.Mustafayeva və 1969-cu il təvəllüdlü M.Bayramov xəstəxanaya yerləşdiriliblər.