logo

İTV futbol üzrə Avrokubok oyunlarını yayımlayacaq

15:55 30-08-2023 | icon 1519
İTV futbol üzrə Avrokubok oyunlarını yayımlayacaq

2023/2024 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqalarının oyunları İctimai Televiziyada (İTV) da yayımlanacaq.

YeniAvropa xəbər verir ki, bu barədə İTV-dən bildirilib. Bildirilib ki, “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport”la əldə edilən razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İctimai TV-nin canlı efirində futbol həvəskarlarına təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma sözügedən telekanalda canlı yayımlanacaq.

Bu gün Çempionlar Liqasının cavab pley-off mərhələsində “Kopenhagen” (Danimarka) və “Rakuv” (Polşa) klubları arasında cavab qarşılaşması da saat 23:00-dan etibarən İctimai Televiziyanın canlı efirində olacaq.