logo

Paytaxtın mərkəzi küçəsi iki günlüyə təmirə bağlanır

10:50 30-08-2023 | icon 1365
Paytaxtın mərkəzi küçəsi iki günlüyə təmirə bağlanır

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə Neftçilər prospektinin Dəniz vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan hissəsində yol-cizgi və yol-göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, işlər həmin prospektdə hərəkət intensivliyi nəzərə alınaraq gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi avqustun 30-da 16:00-dək və gecə saat 23:00-dan avqustun 31-də səhər saat 05:00-dək davam edəcək.

Bu səbəbdən həmin ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Sürücülərdən həmin yollarda hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.