logo

Ölkədə bank sektorunda çalışanların sayı 23 min nəfəri ötüb

09:09 30-08-2023 | icon 1442
Ölkədə bank sektorunda çalışanların sayı 23 min nəfəri ötüb

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə ölkədəki bankomatların sayı 2,6 faiz, POS-terminalların sayı 17,1 faiz artıb.

YeniAvropa Mərkəzi Banka istinadla xəbər verir ki, iyulun 31-nə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3015 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,3 faiz və ya 78 nəfər artaraq 23319 nəfər təşkil edib. Ümumilikdə son 1 ildə bank sektorunda çalışanların sayı 7,3 faiz və ya 1590 nəfər artıb.