logo

Larisa Dolina Rusiyanın “Dostluq” ordeninə layiq görülüb

12:59 27-10-2018 | icon 3178
Larisa Dolina Rusiyanın “Dostluq” ordeninə layiq görülüb

Rusiyanın xalq artisti Larisa Dolina “Dostluq” ordeninə layiq görülüb.

YeniAvropa xəbər verir  ki, prezident Vladimir Putinin imzaladığı Fərmanda qeyd edildiyi kimi, müğənni yüksək mükafata Rusiya mədəniyyətinə və incəsənətinə töhfəsinə, uzun illər səmərəli fəaliyyətinə görə layiq bilinib.

Xatırladaq ki, Larisa Dolina Bakıda anadan olub. Sonralar Odessaya köçüb. Polad Bülbüloğlunun rəhbərliyi ilə Azərbaycan Dövlət Estrada Ansamblının solisti kimi çıxış edib. 2000-ci ildə Şən və Hazırcavablar Klubunun “XX əsrin çempionları” turnirində “Bakılı oğlanlar” komandası ilə səhnəyə çıxıb.