logo

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası zamanı polislə qarşıdurma olub

09:11 27-10-2018 | icon 2576
Tbilisidə parlament binası qarşısında etiraz aksiyası zamanı polislə qarşıdurma olub

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyanın miqyası genişlənir və paytaxtda gərginlik artır.

YeniAvropa xəbər verir  ki, axşam saatlarında aksiya iştirakçıları çadır qurmağa cəhd ediblər. Polis əməkdaşları onların bu cəhdinin qarşısını alıb. Aksiya iştirakçıları və polis arasında yaranmış qarşıdurma zamanı bir qadının halı pisləşib. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşını qadını xəstəxanaya çatdırıb.

Ölkənin Daxili İşlər Nazirliyi aksiyada baş vermiş insident zamanı saxlanılanların olmadığı bildirilib.

Məlumat üçün qeyd edək ki, ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Z.Saralidze sentyabrın 10-dan etibarən Gürcüstan parlamentinin binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyasını davam etdirir. O, oğlunun qətlə yetirilməsi ilə bağlı istintaqın nəticələrindən narazıdır. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir.