logo

Yunanıstanın qərb sahillərində 6,8 bal gücündə zəlzələ baş verib

09:05 26-10-2018 | icon 2800
Yunanıstanın qərb sahillərində 6,8 bal gücündə zəlzələ baş verib

 Yunanıstanın qərb sahillərində, İon dənizində 6,8 bal gücündə zəlzələ baş verib.

YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, zəlzələnin episentri Zakintos şəhərindən 42 km cənub-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.

Eyni ərazidə bir neçə dəqiqə sonra 5,6 bal gücündə ikinci zəlzələ də baş verib.

Yeraltı təkanlar Albaniya, Malta və İtaliyanın cənubunda da hiss olunub.

Dağıntı və tələfatlar barədə məlumat verilmir.