logo

Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi

17:01 24-10-2018 | icon 2583
Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi

Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanın baş nazir postuna namizədliyini rədd edib və bununla da qanunverici orqanın buraxılması prosedurunun başlanğıcı qoyulub.

YeniAvropa "RİA Novosti" informasiya agentliyinə istinadla xəbər verir ki, Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib, 11 deputat bitərəf qalıb, bir nəfər əleyhinə çıxıb. “Respublika” və “Daşnaksütyun” partiyaları, həmçinin Sarukyan bloku səsvermədə iştirak etməyib.

Bundan sonra parlament fraksiyasının baş nazir postuna namizəd irəli sürməsi üçün bir həftə vaxtı qalır. Hakimiyyətə yaxın “Yelk” fraksiyasının rəhbəri Lena Nazaryan Paşinyanın baş nazir postuna namizədliyinin parlamentin buraxılması prosesini başlamaq üçün irəli sürüldüyünü etiraf edib. Onun sözlərinə görə, namizədlik formal xarakter daşıyır və parlamentin buraxılması prosesini təmin etmək məqsədi güdür. Bunun üçün deputatlar hökumət başçısını seçməməlidir.

Ermənistan konstitusiyasına əsasən, Nazirlər Kabinetinin rəhbəri istefa verdikdən sonra qanunverici orqan iki iclasında yeni baş naziri seçə bilməzsə, parlament buraxıla bilər.