Oktyabrın 28-də Gürcüstanda keçirilicək prezidentlik kürsüsü uğrunda 23 namizəd mübarizə aparacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. Məlumatda eyd edilib ki, MSK-da 25 namizəd qeydə alınıb. Lakin onlardan ikisi seçki bülletenleri çapa göndəriləndən sonra öz namizədliyini digər bir namizədin xeyrinə geri götürüb. Odur ki, həmin namizədlərin adları seçki bülletenlərində qeyd olunub.
MSK-nın məlumatında qeyd edilib ki, qurum oktyabrın 28-də keçiriləcək prezident seçkilərinə tam hazırdır. Belə ki, Tbilisidə fəaliyyət göstərən 6 mətbəədə bülletenlərin çapına başlanılıb və ümumilikdə, 3 milyon 252 min 800 bülleten çap olunacaq. Bülletenlər həm də Azərbaycan və erməni dillərində də çap ediləcək.
Qeyd edək ki, Gürcüstanda ümumilikdə 3 milyon 518 min 89 seçici qeydə alınıb.