Pakistanın şimal-şərqində iki avtobusun toqquşması nəticəsində azı 19 adam həlak olub, 35 nəfər yaralanıb.
YeniAvropa Pakistan mətbuatına istinadən xəbər verir ki, qəza Pəncab əyalətinin Multan şəhərindən Dera-Qazni-Xan şəhəri istiqamətində hərəkət edən hər iki avtobus mənzil başına çatdıqdan sonra baş verib.
Avtobuslarda təxminən 70 nəfərin olduğu ehtimal edilir və yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın baş vermə səbəbi araşdırılır.