ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen Inın ikinci görüşü 2019-cu ilin əvvəlində baş tuta bilər.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ağ ev administrasiyasının nümayəndəsi bildirib.
Bir qədər əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Donald Tramp və Kim Çen Inın yeni görüşünün yaxın bir neçə ay ərzində keçirilə biləcəyini demişdi.
Qeyd edək ki, iyulun 12-də Sinqapurda tarixdə ilk ABŞ-KXDR sammiti baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdılar. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun müqabilində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.