logo

Özbəkistanda xalq təbabəti ilə xidmət göstərilməsinə rəsmi icazə verilib

18:33 17-10-2018 | icon 2527
Özbəkistanda xalq təbabəti ilə xidmət göstərilməsinə rəsmi icazə verilib

Özbəkistanda xalq təbabəti ilə əhaliyə xidmət göstərilməsinə rəsmi icazə verilib.

YeniAvropa xəbər verir  ki,  bununla bağlı Özbəkistan prezidenti Şavkat Mirziyoyev “Xalq təbabətinin inkişafı üzrə ilknövbəli Tədbirlər Proqramı”nı təsdiq edib. Sənəddə bildirilir ki, xalq təbabəti əhaliyə tibbi xidmət göstərilməsində əlavə metod sayılır, bu üsulla müalicə edən şəxslər isə öz fəaliyyətlərinə görə qanun qarşısında məsuliyyət daşıyırlar.

Bu proqram çərçivəsində ali tibb təhsili müəssisələrinin müalicə işi, pediatriya, tibbi pedaqogika fakültələrində xalq təbabəti üzrə xüsusi dərslər keçiriləcək. Proqramda Daşkənd Həkimləri Təkmilləşdirmə İnstitutunda “Xalq təbabəti” kafedrası və təkmilləşmə kursunun açılması da nəzərdə tutulur.