logo

Sarkisyan hökumətin istefasını qəbul edib

23:00 16-10-2018 | icon 2814
Sarkisyan hökumətin istefasını qəbul edib

Ermənistan prezidenti Armen Sarkisyan  hökumətin istefasını qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu haqda  ” RİA "Novosti" məlumat yayıb. Xəbərdə bildirilir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Ermənistan hökumətinin istefası qəbul olundu", - deyə prezidentin saytına yerləşdirilən fərmanda qeyd olunub.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılmasından ötrü rəsmi səbəb yaratmaq məqsədilə tutduğu vəzifədən istefa vermişdi. Bununla belə o, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini davam etdirəcək.

Ermənistan Konstitusiyasına görə, əgər parlament qarşıdakı 14 gün ərzində  iki iclasında hökumətin yeni tərkibini formalaşdıra bilmızsə, o zaman ölkə parlamenti burxılır və növbədənkənar parlament seçkiləri təyin edilir.