Ukraynada keçirilən “Təmiz səma-2018” genişmiqyaslı hərbi təlimlərdə "Su-27" qırıcı təyyarəsi qəzaya uğrayıb.
YeniAvropa xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Hadisə Vinnitsa vilayətinin Ulaniv kəndi yaxınlığında baş verib.
Təyyarənin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub. Onlardan biri Ukrayna Hərbi Hava Qüvvələrinin, digəri isə ABŞ Hava Qüvvələri Milli Qvardiyasının hərbçisi olub.
Qeyd edək ki, Ukraynada oktyabrın 8-dən “Təmiz səma-2018” genişmiqyaslı hərbi təlimlər başlayıb. Hərbi təlimlərdə Rumıniya, Polşa, Belçika, Danimarka, Böyük Britaniya, Niderland, Yunanıstan və Estoniyanın hərbi hava qüvvələri iştirak edir. Ümumilikdə, hərbi təlimlərə 40-dan çox təyyarə, uçuş aparatları, onlarla zenit-raket kompleksi və hərbi-texniki vasitələr cəlb olunub.
Hərbi təlimlər oktyabrın 19-da başa çatacaq.