Serbiyanın mərkəzi hissəsində bir neçə avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 6 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, insident Belqrad-Niş sürətli avtomobil magistralının Yaqodina şəhəri rayonunda qeydə alınıb.
Qəzaya dumanın səbəb olduğu ehtimal edilir. Hadisədən sonra yolda avtomobillərin hərəkəti dayandırılıb.
Hazırda qəzanın baş verdiyi ərazidə polis və xilasedicilər işləyir.