Beynəlxalq Polis Təşkilatının(İnterpol) qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.
YeniAvropa "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumat "İnterpol"un "Twitter" səhifəsində yerləşdirilib.
"Bu gün, oktyabrın 7-də, mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşən "İnterpol"un Baş Katibliyinə cənab Men Xunveydən "İnterpol"un prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub. O dərhal qüvvəyə minib", - deyə bəyanatda bildirilir.
Məlumatda qeyd edilib ki, hazırda "İnterpol"un prezidenti səlahiyyatlaərinin icrası Cənubi Koreya vətəndaşı Kim Yonq Yanqa həvalə edilib. Təşkilata yeni prezident seçilənədəko, bu vəzifəni daşıyacaq.
Xatırladaq ki, "İnterpol"un yeni prezidenti gələn ay BƏƏ-nin Dubay şəhərində keçiriləcək Təşkilatın Baş Assambleyanın iclasında seçiləcək.