Oktyabrın 7-də Braziliyada prezident seçkisi də daxil olmaqla, ümumi seçkilər keçirilir.
YeniAvropa xəbər verir ki, səsvermə zamanı braziliyalılar yeni prezident, vitse-prezident, 54 konqresmen və Konqresin aşağı palatasına 513 deputat, həmçinin 27 əyalət qubernatoru seçməlidirlər.
Ölkənin prezident postuna 13 namizəd iddialıdır. Əgər birinci turda heç bir namizəd 50 faizdən çox səs toplamasa, o zaman oktyabrın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
Qeyd edək ki, Braziliyada 147,3 milyon insan səsvermə hüququna malikdir.