Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin 7 vilayətində PKK/KCK terror təşkilatlarına qarşı antiterror əməliyyatı keçirib.
YeniAvropa xəbər verir ki, İzmir, Van, Adana, Ərzurum, Mardin, Qars və Muşda 88 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb. Məlumata görə, onlar 2014-cü ilin 6-7 oktyabr hadisələrinin ildönümü bəhanəsi ilə ölkədə ictimai sabitliyə və dinc asayişə qarşı təxribatlar hazırlayırmışlar. Saxlanılan şəxslərdən silah, narkotik maddə, qanunla qadağan olunan digər vəsaitlər götürülüb.