Hindistanın şimalında zəvvarları aparan avtomobilin 150 metr dərinlikdə dərəyə aşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Times of India” nəşri məlumat yayıb.
Hadisə Uttarkaşi şəhərində baş verib. Furqondakı zəvvarlar Himalayda yerləşən Qanqotri məbədindən qayıdırmışlar. Sərnişinlərdən birinin sözlərinə görə, hansısa anda “avtomobil qəfildən yoldan çıxıb”. Avtomobildə 13 zəvvar olub. Ölənlərdən 8-i zəvvar, 1-i sürücüdür. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin dəqiq səbəbi araşdırılır.