Fransada Beynəlxalq Polis Təşkilatının(İnterpol) prezidenti Men Hunveyin itkin düşməsi ilə bağlı təhqiqat başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb. Xəbərdə qeyd edilib ki, Men Hunvey sentyabrın 29-da Fransadan Çinə yola düşüb.
KİV-lərin məlumatına əsasən, Men Hunveyin itkin düşməsi barədə uşaqları ilə birgə Fransanın Lion şəhərində yaşayan həyat yoldaşı xəbər verib.
Xatırladaq ki, "İnterpol"un mənzil-qərargahı Lion şəhərdə yerləşir.
Qeyd edək ki, Hunvey 2016-cı ildən Beynəlxalq polis təşkilatına rəhbərlik edib. Buna qədər o, Çinin İctimai Təhlükəsizlik İdarəsinin nazir müavini, Sahil Mühafizə Xidmətinin direktoru və Dövlət Okean İdarəsinin rəhbəri vəzifəsində çalışıb.