logo

İndoneziyada zəlzələdən sonra itkin düşənlərin sayı mindən çox ola bilər

16:31 05-10-2018 | icon 2478
İndoneziyada zəlzələdən sonra itkin düşənlərin sayı mindən çox ola bilər

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və sunamidən sonra itkin düşənlərin sayı min nəfərdən çox ola bilər.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın axtarış-xilasetmə agentliyinin nümayəndəsi Yusuf Lətif məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət bölgəsində mindən çox evin dağılması belə bir ehtimal irəli sürməyə əsas yaradır.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 bal gücündə zəlzələ və sonrakı günlər ərzində 360-dək yeraltı təkan qeydə alınıb. Zəlzələdən sonra İndoneziya sahilləri 5-7 metr hündürlüyündə sunaminin təsirinə məruz qalıb. Son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 1558 nəfərə çatıb, 2,5 min nəfər xəsarət alıb, 113 nəfər isə itkin düşmüş sayılır. Zəlzələdən zərər çəkən bölgələrdə 70 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

İndoneziya Sakit okean odlu dairəsi adlandırılan güclü tektonik qırılma zonasının bir hissəsidir. Yer kürəsinin bu rayonunda ən aktiv tektonik plitələr yerləşir. Seysmoloqlar hər il burada maqnitudası 4 baldan yuxarı 6-7 min zəlzələ qeydə alırlar.