İnsan hüquqları üzrə fəallar Denis Mukveqe və Nadiya Murad 2018-ci il Nobel sülh mükafatına layiq görülüblər.
YeniAvropa xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen oktyabrın 5-də Osloda keçirilən xüsusi tədbirdə məlumat verib. Bildirib ki, Denis Mukveqe və Nadiya Murad cinsi zorakılığın döyüş silahı kimi qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə bu mükafatı alıblar.