Yaponiyanın “Toyota” avtomobil konserni dünya üzrə 2,4 milyondan artıq hibrid avtomobilini mühərrik problemi səbəbindən geri çağırır.
YeniAvropa xarici KİV-ə istinadən bildirir ki, onların sırasında müxtəlif modellərlə yanaşı “Prius” markalı avtomobillər də var.
Ümumilikdə isə, Yaponiyadan 1,25 milyon, ABŞ-dan 830 min, Avropadan isə 290 min avtomobil geri çağırılacaq.