Toy məclisi bombardman edildi: 4 ölü. 8 yaralı
Əfqanıstanının cənubunda yerləşən Qəndəhar əyalətində aviasiya zərbəsi nəticəsində toy mərasımində iştirak edən üç qadın və bir uşaq həlak olub, səkkiz nəfər isə yaralanıb.
YeniAvropa "Pajvak" informasiya agentliyinə istinadla xəbər verir ki, insident oktyabrın 4-də Maruf rayonunda baş verib. Aviasiya zərbələrinin hədəfi rayon mərkəzinə hücum etdikdən sonra geri çəkilən və toy mərasimindəki avtomobillərin arasında gizlənməyə çalışan “Taliban” hərəkatının üzvləri olub.
Qəndəhar əyalətinin polis rəisi Əbdül Razik aviasiya zərbəsi faktını təsdiqləyib. Onun sözlərinə görə, bombardman nəticəsində, həmçinin 10 “Taliban” silahlısı öldürülüb.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar yaşanır. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorçuluqla mübarizə üzrə birgə əməliyyatlar keçirirlər.