logo

Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib

09:44 21-10-2024 | icon 651
Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Şuşa sakini, 1990-cı il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 kq, boyu 54 sm-dir.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.