logo

Donald Tramp Kim Çen Inla ikinci sammitə hazırlaşır

15:15 03-10-2018 | icon 2674
Donald Tramp Kim Çen Inla ikinci sammitə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp KXDR-lə ikinci sammitə hazırlıq getdiyini bildirib.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bunu Missisipi ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Dövlət katibi Mayk Pompeo gələn həftə KXDR-ə yola düşəcək və biz ikinci sammit üzərində işləyirik”, - deyə o qeyd edib. Prezident, həmçinin Şimali Koreya ilə yaxşı münasibətlərin olduğunu bildirərək Pxenyanın raket və nüvə sınaqlarından imtina etdiyini vurğulayıb.

Qeyd edək ki, Mayk Pompeo oktyabrın 7-də Pxenyanda KXDR lideri Kim Çen Inla görüşəcək. Yonhap agentliyinin məlumatına görə, ABŞ-ın Koreya yarımadasında nüvə nizamlanması üzrə xüsusi elçisi Stiven Biqun da onunla birlikdə Pxenyana gedəcək. Bu, xüsusi elçinin həmin posta təyin edildikdən sonra Şimali Koreyaya ilk səfəri olacaq.