Oktyabrın 3-də yerli vaxtla səhər saat 8:47 dəqiqədə İndoneziyanın Sulavesi adasının şimalında yerləşən Soputano dağında vulkan püskürməsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, adada yerləşən vulkanlardan birinin püskürməsi nəticəsində kül buludu təqribən 4 kilometr yüksəkliyə qalxıb.
Hələlik dağıntılar və itkilər barədə məlumat verilmir.