Rumıniya əhalisi sayına nisbətən Avropada ən çox siqaret çəkilən ölkədir.
YeniAvropa xəbər verir ki, bu barədə “Digi24.ro” xəbər portalı məlumat yayıb.
Bildirilir ki, rumınların üçdən biri siqaret çəkir və bunların yarısı bu vərdişdən əl çəkmək üçün müxtəlif üsullar axtarır. Rumıniyada 6 milyon insan siqaret çəkir. Bir çoxları bu vərdişə 22 yaşına çatmamış alışıb. Buna baxmayaraq keçən ilin statikası 110 min nəfərin siqareti tərgitdiyi barədə məlumat verir.