logo

Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb

10:01 30-09-2024 | icon 3598
Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb

Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb.

YeniAvropa xəbər verir ki, sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-də dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.