logo

İndoneziyada güclü zəlzələdən sonra 1200-dək məhbus həbsxanadan qaçıb

14:32 01-10-2018 | icon 3080
İndoneziyada güclü zəlzələdən sonra 1200-dək məhbus həbsxanadan qaçıb

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və sunamidən sonra 1200-ə yaxın məhbus həbsxanadan qaçıb. YeniAvropa  "İnterfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın ədliyyə naziri Şri Puqu Utami məlumat verib.

“Mən əminəm ki, onlar zəlzələ nəticəsində xəsarət almaqdan qorxduqları üçün qaçıblar. Çox güman ki, bu, onlar üçün ölüm-dirim məsələsi olub”, - deyə o, jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, Donqalle yaşayış məntəqəsində yerləşən həbsxanadan qaçan məhbusların əksəriyyəti korrupsiya və narkotik vasitələrlə bağlı cinayət törədən şəxslərdir.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,5 bal gücündə zəlzələ və sonrakı iki sutka ərzində 170-ə yaxın yeraltı təkan baş verib. Son məlumata görə, zəlzələ və sunami nəticəsində 1,2 min nəfərdən çox insan həyatını itirib, yüzlərlə insan isə ağır yaralanıb. Zəlzələdən zərər çəkən bölgələrdə minlərlə ev dağılıb, 16 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb.