logo

Türkiyədə 370 xəstəyə ürək köçürülüb

16:21 30-09-2018 | icon 2499
Türkiyədə 370 xəstəyə ürək köçürülüb

Sentyabrın 29-u Dünya Ürək Günü münasibətilə Türkiyədə bir sıra maarifləndirici tədbirlər həyata keçirilib. Yerli televiziyalarda tanınmış kardioloq və cərrahlar ürək xəstəlikləri və bu orqanın nəqli ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

YeniAvropa xəbər verir  ki, son beş ildə Türkiyədə 370 nəfərə ürək köçürülüb. Bu barədə Türkiyənin TONV Fondu (Türkiyə Orqan Nəqli Vakfı) məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda bütün dünyada 30 min nəfər ürək köçürülməsi üçün növbə gözləyir. Qeyd edək ki, ürək çatışmazlığı müasir səhiyyə qarşısında ən böyük problemlər sırasındadır. Avropa İttifaqı ölkələrində həyatını itirən hər 8 xəstədən 1-i ürək problemindən dünyasını dəyişir. Ürək çatışmazlığından ölən kişilərin sayı qadınlardan çoxdur.