logo

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 800-ü ötüb

11:48 30-09-2018 | icon 2681
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 800-ü ötüb

 

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 800-ü ötüb

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın Kommunikasiya və İnformasiya Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Ferdinandus Setu məlumat yayıb. Onun sözlərinə görə, hələlik yalnız Palu şəhərində həlak olanlar barədə məlumat əldə edilir. Bildirilir ki, xilasedicilər hələ də zəlzələnin episentrinin qeydə alındığı Dunqala rayonuna çatmayıblar. Orada təqribən 300 min əhali yaşayır.

Xatırladaq ki, sentyabrın 28-də səhər saatlarında Sulavesi adası sahillərində, Palu şəhəri yaxınlığında dağıdıcı zəlzələ baş verib. Bundan bir qədər sonra həmin rayonda 7,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Zəlzələ okeanda 3 metr hündürlükdə dalğaların yaranmasına səbəb olub. Dəniz sahilində yerləşən iki şəhər və bir neçə kənd sunaminin zərbəsinə tuş gəlib.